Azərbaycan bankları koronavirusa görə yaranmış biznes passivliyini və 4 bankın bağlanmasından başlanan əmanət narahatlığını aradan qaldırmaq üçün hərəkətə keçiblər.
Eləcə də bax: “AG Bank” və “NBC Bank”dakı əmanətlərin qaytarılması - BAŞLAYIR – FONDDAN AÇIQLAMA
FED.az xəbər verir ki, iyunun əvvəlindən, yəni ötən həftədən etibarən ölkə bankları müştərilərinə xidmət və faizlər üzrə yeni kampaniyalara başlayıblar. Bankların yeni təklifləri əmanət, kredit şərtləri ilə yanaşı, əlavə xidmətləri də əhatə edir.
«Yelo Bank»ın depozit kampaniyası – illik 12%
«Yelo Bank»ın yeni əmanət kampaniyasında müştərilərə iki növ maraqlı əmanət təkli edilir. «Yelo» əmanət növündə faizlər 11,5%-dir. Bu zaman müqaviləni pozmadan depoziti istənilən qədən artırıb azaldıb artırmaq olar və faizlər hesablanacaq. «Sabit» əmanəti isə 36 aylıq müddətə, illik 12%-lə təklif edilir.
«Bank of Baku»dan tibb işçilərinə - KOMİSSİYASIZ, ZAMİNSİZ KREDİT
«Bank of Baku» isə diqqətini tibb işçilərinə yönəldib. Bank peşə bayramı münasibətilə tibb işçiləri üçün yeni kampaniyaya start verib. Səhiyyə sahəsində çalışan hər kəs, Bank of Baku-ya müraciət etməklə 30 min manatadən nağd pul Kreditini 0% komissiya ilə, illik 18%-dən başlayan faiz dərəcəsi ilə ala bilər. Onlayn sifarişlərdə 1% endirim var. Kampaniya iyunun 30-dək davm edəcək.
«AccessBank» əmanət faizlərini 11%-ə yüksəltdi
Dünyanın ən güclü şahmatçılarından biri olan Şəhriyar Məmmədyarovun siması olduğu «AccessBank»ın yeni depozit kampaniyası «İlk gedişdən qələbə» adlanır. İyunun 1-dən başlanan depozit kampaniyası çərçivəsində banka manat əmanətlərini illik 11%-lə yerləşdirmiək mümkündür. Bank tərəfindən müsbət qalığa illik 5%-dək gəlir hesablanan kart da hədiyyə olunur.
«Azər Türk Bank» - ödənişsiz hüquqi xidmət
Dövlət bankı «Azər Türk Bank» sahibkar müştərilərinə 24 saat və distant rejimdə ödənişsiz olaraq hüquqi xidmətlər təklif etməyə başlayıb. Müştərilər bankdan bizneslərinin müdafiəsi, eləcə də, cari fəakliyyətlə bağlı peşəkar hüquqşünas məsləhəti ala bilərlər. Bank, həmçinin şirkət üçün nümunəvi sənədlərin hazırlanması üzrə təlimatlar verir, danışıq və sövdələşmələrdə isə hüquqşünasın təmənnasız iştirakını təmin edir.Bankda biznes hesabı açanlara isə vergi məsləhəti, mühasibat və konsaltinq xidmətləri təmənnasız təklif edir.
«Bank Respublika» əmanət faizlərini - 11%-DƏK ARTIRDI
Əmanətlərin artırılmasına «Bank Respublika» özünün yeni kampaniyası ilə start verdi.
Kampaniyaya əsasən, banka əmanəti fərqli müddətlərdə və faizlərdə yerləşdirmək mümükündür. Əmanətin müddəti 18/24/36 aydan artıq olduqda faizlər 10,5%-lə, müddətin sonnuda göütürüləndə isə 11%-lə hesablanacaq.
«Kapital Bank» nağdlaşdırma komissiyasını - 0%-Ə ENDİRDİ
«Kapital Bank» gündəlik tələbat krediti üzrə nağdlaşdırma komissiyasını 0% endirib. Aksiya çərçivəsində nağd pul krediti üçün onlayn qaydada (www.birkart.az, 8196-ya SMS, BirBank və s.) müraciət edən müştərilərdən nağdlaşdırma komissiyası tutulmayacaq. Aksiya 30 iyun 2020-ci il tarixinədək davam edəcək.
«Unibank» əmanət faizlərini - ARTIRDI
«Unibank» 28 May Respublika Günü münasibəti ilə keçirilən kampaniyası çərçivəsində qoyulan manat əmanətlərinə, əlavə 2% hədiyyə edib. İyunun sonunadək davam edən kampaniya çərçivəsində “Müddətli” depozitin faiz dərəcəsi müddətin sonuna 10%-ə, “Yığım” depozitinin faiz dərəcəsi isə illik 7%-ə yüksəlib.
«Muğanbank» əmanət faizlərini – 11%-DƏK YÜKSƏLDİB
«Muğanbank» ASC iyunun 1-dən manatla olan yeni tarifləri təqdim edib. Belə ki, müştərilər banka minimum məbləğ 1000 AZN olmaqla, 12 ay müddətinə, illik 10% faiz dərəcəsi ilə "Avans", minimum məbləği 1000 AZN olmaqla, 12 ay müddətinə, illik 12% və 11% faiz dərəcəsi ilə "Meqa", minimum məbləğ 500 AZN olmaqla, 6 və 3 ay müddətinə, 8% və 6% faiz dərəcəsi ilə "Qısa müddətli", minimum məbləği 500 AZN olmaqla, 1 aydan çox müddətinə, illik 4% faiz dərəcəsi ilə "Tələbli" əmanəti yerləşdirə bilərlər.
«Avans» əmanətləri üzrə faizlər müddətin əvvəlində, «Qısa müddətli» və «Tələbli» əmanətləri üzrə faizlər aylıq, «Meqa» əmanətdə isə müddətin sonunda və aylıq olaraq ödəniləcək.
«Yelo Bank» - maaşin 10 misli qədər - KREDIT
«Yelo Bank» nağd kreditlər üzrə şərtləri daha da asanlaşdırıb Əməkhaqqının 10 misli qədər (20 000 manatadək) nağd kreditlər üzrə illik faiz dərəcəsi 17%-dən başlayır. Yeni şərtlərdən həm dövlət qurumlarında, həm də özəl sektorda çalışan şəxslər faydalana bilər. Təkrar müştəriləri və dövlət işçilərinə endirimlər var.
«Azər Türk Bank» - “Korporativ Cash-Back”
Azər Türk Bankın müştərisi olan sahibkarlar onlayn müraciət əsasında hesab açaraq, bankın, digərlərindən fərqli olaraq bir çox üstünlüklərə malik “ATB Business” korporativ internet-bankçılıq sisteminə qoşulmaqla, dərhal100 manat məbləğində bonus qazanmaq, 7 gün ərzində bank əməliyyatlarını heç bir komissiya ödəmədən həyata keçirmək və daha sonra xüsusi, güzəştli tariflərdən yararlanmaq imkanı əldə etmiş olurlar. Ölkədə ilk dəfə Bank bu internet-bankçılıq xidməti çərçivəsində “Korporativ Cash-Back” proqramı ilə, aparılmış əməliyyata tutulan komissiya haqqının bir hissəsi müştəriyə bonus ballar şəklində geri qaytarır.
«Expressbank» yeni kartlar təqdim edib
«Expressbank» özünün məşhur «Expresso» kartlarının çeşidini artıb, İndi müştərilərə «Expresso Standard»la yanaşı, Premium kart sinifinə aid olan «Expresso Gold» və «Expresso Platinum» da təklif edilir. Ənənəvi üstənlüklərlə yanaşı, «Expresso Gold» və «Platinum» kartlarında kredit xəttinin istifadəsi üzrə müştərilərə 40 günədək güzəşt müddəti də təqdim edilir. Əlavə olaraq, Expresso Platinum kart sahibləri Lounge key xidmətindən də istifadə edə biləcək. Bu xidmət sadəcə kartı göstərməklə dünyanın bir çox hava limanlarında lounge zallarına pulsuz daxil olmağa imkan verir.
Beynəlxalq Bankdan startaplara - BÖYÜK DƏSTƏK
Azərbaycan Beynəlxalq Bankı isə innovasiyaların inkişafına dəstək üçün növbəti addımını atıb - Bank özünün İnnovasiya Mərkəzini yaradıb. IBA İnnovasiya Mərkəzində startaplara inkubasiya və akselerasiya dəstəyi göstəriləcək. Mərkəz artıq ilk inkubasiya proqramına qəbul elan edib.
FinTech həlləri mövzusunda elan edilmiş bu proqramda komandalar öz innovativ ideyalarını təqdim edə biləcəklər. İdeyalara məhdudiyyət olmasa da, kiçik və orta sahibkarlıq fəaliyyətinə fayda gətirəcək həllərə xüsusi üstünlük veriləcək.
Ziraat Bank Azərbaycan – FAİZLƏRİ ARTIRDI
“Ziraat Bank Azərbaycan” ASC yeni depozitlər üçün kampaniyaya start verib. Kampaniya müddətində AZN valyutasında 12 aydan 36 aya qədər Banka depozit yerləşdirən fiziki şəxslərə illik 10% təklif edilir. İndiyədək Bankın maksimum əmanət faiz illik 7% idi.