2020-ci ilin 1-ci rübündə «Bank Avrasiya»nın problemli kreditləri 40% artıb.
Eləcə də bax: Bütün kreditlərini Bakıda verib – BANK HESABATI
FED.az bu barədə bankın hesabatına istinadən məlumat verir.
Hesabata görə, 1-ci rübün sonunda bankın kredit portfeli 108,4 milyon manat olub ki, bunun da 24,9 milyon manatı problemli olub. Nəticədə kredit portfelində problemli hissənin payı 23% təşkil edib.
Qeyd edək ki, ötən ilin sonunda bankın kredit portfeli 109 milyon manat olanda, problemli kreditlərinin həcmi 17,8 milyon manat, yəni kredit portfelinin problemli hissəsi 16,3% təşkil edirdi.
Son bir rübdə bankın problemli kreditləri 7,1 milyon manat və ya 36% artıb.