«Bank Avrasiya»nın kredit portfeli bütünlüklə Bakının payına düşür.
Eləcə də bax: «Bank Avrasiya»nın vəziyyəti məlum oldu – BANK HESABATI
FED.az bankın hesabatına istinadən xəbər verir ki, 2020-ci ilin 1-ci rübünün sonuna bankın ümumi kredit portfeli 108 milyon 336 min manat təşil edib.
Bunun 60,2 milyon manatı biznes, 39,8 milyon manat daşınmaz əmlak, 8,4 milyon manat isə istehlak kreditləridir.
Kreditlər üzrə mümkün zərərlərin qarşılanması üçün isə bank təqribən 13 miyon manat ayırıb.
İlin əvvəlindən bəri bankın kredit portfeli 914 min manat və ya 0,8% azalıb. Azalma biznes kreditlərin (2,9 milyon manat və ya 4,7%) və daşınmaz əmlak kreditlərinin (2,9 milyon manat və ya 6,7%) hesabına olub.
Əvəzində birinci rübdə bankın istehlak kreditləri 2,4 dəfə artaraq 3,5 milyon manatdan 8,4 milyon manata yüksəlib.
«Bank Avrasiya» Azərbaycanda yeganə bankdır ki, bütün kredit portfeli Bakının payına dühür. Bankın indiyədək ayırdığı ümumi məbləği 108,5 milyon manat olan 1732 kreditin hamısı paytaxtda verilib.
«Bank Avrasiya»nın kredit portfeli təminatı baxımından «təmizdir». 108,4 milyon manatlıq kreditin 101 milyon manatı daşınmaz və daşınar əmlak, eləcə də qızılla təmin olunub.
Müştərilərə verilmiş kreditlər |
108 336.15 |
a) istehlak kreditləri |
8 398.32 |
b) biznes kreditləri |
60 172.16 |
c) daşınmaz əmlak kreditləri |
39 765.68 |
d) digər kreditlər |
0 |
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat |
12 992.44 |