Dövlət bankı Azər Türk Bank Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə atb Junior kartı ilə ödənişlər üzrə yeni kampaniyaya başlayır.
FED.az xəbər verir ki, 1 iyun 2025-ci il tarixindən etibarən ölkə daxilindəki:
- əyləncə mərkəzlərində
- oyuncaq mağazalarında
- kitab mağazalarında
- kinoteatrlarda
- teatrlarda
atb Junior kartı ilə ödənişlər zamanı Azər Türk Bankın müştərilərinə 20% həcmində cashback hesablanacaqdır.
Kampaniyanın müddəti 7 iyun daxil olmaqla həmin tarixədəkdir.
Hesablanacaq maksimum cashback limiti 50 manat həcmindədir.
Qeyd edək ki, atb Junior kartı 6-16 yaş arası uşaqlar üçün nəzərdə tutulmuşdur.
Beşillik xidmət müddətli atb Junior kartını valideynlər Bankın saytında ödənişsiz onlayn sifariş verə bilərlər.
Xatırladırıq ki, atb Junior kartlarındakı qalıq vəsaitə illik 6% gəlir hesablanır.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.