Dövlət bankı olan "Azər Türk Bank"ın 1 aprel 2023-cü il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 100%-dən çox artaraq, 913,3 milyon manat səviyyəsində olub.
Azərbaycan bankları 1-ci rübü belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI - YENİLƏNİR
«Azərsun»un bankı kiçilməkdə davam edir - MƏNFƏƏTİ AZALIB – HESABAT
FED.az xəbər verir ki, bankın kredit portfelinin həcmi 367,5 milyon manat təşkil etmişdir ki, bu da ötənilki göstəriciyə nisbətən 50% çoxdur.
Cari ilin birinci rübü ərzində Bankın gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 115% yüksəlməklə 20,9 milyon manat, xərcləri 17,7 milyon manat olub.
2023-cü ilin ilk üç ayında Azər Türk Bank 3 milyon manatdan çox xalis mənfəət əldə edib ki, bu da ötən dövrdəki göstəricidən dəfələrlə çoxdur.
Bankın məcmu kapitalının həcmi 28% artaraq, 66,8 milyon manat olub.
Cəmi bank öhdəliklərinin həcmi 120% artımla 840,5 milyon manat səviyyəsindədir.
Bankın depozit portfeli 153% böyüyərək, 245,7 milyon manat təşkil edi.
Əhali tərəfindən Banka ötən dövrdəkindən iki dəfə çox, 88 milyon manat məbləğində əmanət qoyulub.
Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 0,98%, kapitalın gəlirlilik əmsalı (ROE) 13,1% təşkil etmişdir ki, bu göstəricilər keçən ilin eyni dövrünə nisbətən dəfələrlə yüksəkdir.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli Fərmanı ilə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.