Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan Beynəlxalq Bankının (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməsinə hələ də maraq göstərir.
FED.az xəbər verir ki, bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri İvana Duarte Reuters-ə müsahibəsində bildirib ki, özəlləşdirmə imkanını müzakirə etmək üçün AYİB ABB rəhbərliyi və hökumət nümayəndələri ilə təmasları saxlayır.
Xanım İ.Duarte deyib ki, ABB-nin hər hansı strateji investora satılacağı və belə olan halda AYİB-in əlavə maliyyə investoru qismində dəstək verəcəyi və ya söhbətin səhmdar kapitala digər növ daxil olmadan getdiyi gələ aydın deyil. Bununla belə, AYİB səhmdar kapitalda adətən 5-dən 25 faizədək pay alır.
"Bank özəlləşdirməyə hazır olan kimi biz mütləq ABB-nin səhmlərinin alışı məsələsinə baxacağıq", - deyən nümayəndəliyin rəhbəri sövdələşmənin bağlanma tarixini açıqlamayıb.
Bundan əvvəl AYİB-in prezidenti Suma Çakrabarti bəyan etmişdi ki, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyası və profilinin dəyişdirilməsinə kömək etməkdən şad olardı.