"Naxçıvan Bank" bütün prudensial tələblərə riayət edir.
«Naxçıvanbank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
"Mərkəzi Bank tərəfindən banklarda yoxlamalar müəyyən edilmiş illik yoxlama planı əsasında aparılır. “Naxçıvan Bank” ASC-nin maliyyə dayanıqlığı göstəriciləri AMB tərəfindən müəyyən edilən prudensial tələblər çərçivəsindədir" açıqlamada qeyd edilib. Başqa sözlə, AMB tərəfindən "Naxçıvan Bank"ın lisenziyasının məcburi qaydada ləğv edilməsi gözlənilmir.
Mərkəzi Bank həmçinin, bankın kredit portfelinin bir hissəsinin satılması və 100% səhmdarı olduğu "Naxçıvan Sığorta"nın portfelinin digər sığorta şirkətinə ötürülməsi məsələsinə də aydınlıq gətirib. Qeyd edilib ki, bankın kredit portfelinin bir hissəsinin satılması, o cümlədən sığorta şirkətinin satılması, öhdəliklərin ötürülməsi və birləşmə bankın biznes strategiyasına aid olan məsələlərdir.
Qeyd edək ki, “Kapital Bank”ın İdarə Heyətinin sədri Fərid Hüseynov dekabrın 8-də "Naxçıvan Bank"ın istehlak kreditləri portfelinin 60 milyon manata yaxın hissəsinin alındığını açıqlayıb. Paralel olaraq "Naxçıvan Sığorta"nın lisenziyası ləğv edilib və portfeli "Atəşgah Sığorta" şirkətinə ötürülüb. (Apa)