Son illər «Bank of Baku»nun aktivlərinin, o cümlədən kredit portfelinin keyfiyyəti yaxşılaşmaqda və bankın rentabelliyi yüksəlməkdədir.
FED.az xəbər verir ki, bu barədə «Moody's» beynəlxalq reytinq agentliyi tərəfindən «Bank of Baku» ASC-nin yeni kredit reytinqi ilə bağlı açıqlamasında bildirilir.
“Bank of Baku tam rəqəmsallaşacaq!” – Bankın sədri Həsən Quliyevdən - AÇIQLAMA
Agentliyin «Bank of Baku»nun yeni riytinqini təsliqləməsi və bununla bağlı şərhi son illər bankda həyata keçirilən islahatların, o cümlədən kredit portfelinə nəzarətin artması və keyfiyyətinin yaxşılaşmasını, eləcə də bankın yüksək rentabelliyini əks etdirir.
«Moody's» reytinq agentliyi Azərbaycanın bank aktiv oyunçularından olan «Bank of Baku» ASC-nin yerli və xarici valyutada uzunmülddətli reytinqini B1 səviyyəsində təsdiqləyib. Agentliyin bankın bu reytinqləri üzrə proqnozu «sabit»dir.
Bundan başqa, «Moody's» bankın baza kredit qiymətləndirilməsini (BCA) b1 səviyyəsində təsdiqləyib. Eyni zamanda, bankın yerli və xarici valyutada qüsamüddətli depozit reytinqi NP səviyyəsində, bankın uzunmüddətli və qısamüddətli kontragent riskləri (CRR) Ba3/NP səviyyəsində, uzunmüddətli və qısamüddətli kontragent riski (CR) qiymətləndirməsi isə Ba3(cr)/NP(cr) səviyyəsində təsdiqlənib.
«Moody's» reytinq agentliyinin «Bank of Baku» ASC-nin reytinqi ilə bağlı açıqlamasında bildirilir ki, bankın BCA göstəricisinin b1 səviyyəsində təsdiqlənməsi son illər bankın aktivlərinin keyfiyyətinin artması və rentabelliyinin yüksəlməsi ilə bağlıdır.
“Bank of Baku” mikrokredit bazarında bir qədər də aktivləşib - 14%-LİK ARTIM
Agetlik xüsusi qeyd edir ki, son illər «Bank of Baku» risklərin idarə edilməsi sistemini gücləndirib və anderraytinq (kredit və aktivlərin keyfiyyətinin qiymətləndirilməsi sistemi - FED.az) standartlarını sərtləşdirib.
«Moody's» agentliyi bildirir ki, son illər «Bank of Baku»dakı problemli kreditlərin (PL) payı kəskin azalaraq 2020-ci ilin sonundakı 8%-dən, 2024-cü ilin sonunda 2,6%-ə enib. Buna səbəb problemli məsələlərin həlli və ümumi kredit portfelinin sürətli genişlənməsi olub.
Agentlik qeyd edir ki, 2024-cü ilin sonunda bankda problemli kreditlərin örtülməsi üçün 93% həcmindəki ehtiyatlar kredit itkilərinin qarşılanması üçün yaxşı buferi təmin edir. Bundan başqa, bankda xarici valyutada olan kreditlərin payı çox kiçikdir və 2024-cü ilin sonuna bu göstərici xalis kreditlərin 1%-dən də az hissəsini təşkil edir.
Reytinq açıqlamasına əsasən, 2024-cü ilin sonuna olan vəziyyətə «Bank of Baku»da əsas kapitalın (TCE) riski ölçülmüş aktivlərə olan nisbəti (RWA) 16,9% təşkil edir ki, bu da bir il əvvəlki göstəricidən (17,3%) aşağıdır.
Bundan başqa, bankın əsas kapitalının (TCE) ümumi aktivlərə olan nisbəti 18,5% təşkil edir. Agentlik xüsusi qeyd edir ki, bankın yığılmış mənfəətinin bölüşdürülməməsi üzrə yüksək göstərici onun kapitalının yüksək olmasını təmin edir.
«Moody's» qarşıdakı 12-18 ay ərzində bankın cəmi kapitalının bir qədər azalmasını gözləyir ki, bu da əslində müsbət səbəblərlə – bankın biznesinin genişlənməsi və dividend ödənişləri ilə bağlı olacaq.
Agentlik bildirir ki, 2024-cü ildə «Bank of Baku»nun Beynəlxalq Maliyyə Hesabatlılığı Standartları əsasında ölçülmüş xalis mənfəəti 27,1 milyon manat təşkil edib ki, bu da bankın maddi aktivləri üzrə gəlirliliyinin 2,8% olması deməkdir.
«Bankın yüksək rentabelliyi burada həyata keçirilən sağlamlaşdırma tədbirlərindən sonra sabit gəlirin təmin edilməsi və problemli kredit portfelinin təmizlənməsi ilə bağlıdır»-deyə agentlik «Bank of Baku»nun ənənəvi yüksək rentabelliyini şərh edib. Belə ki, Agentlik xüsusi qeyd edir ki, «Bank of Baku»nun yenidən ayrılmış kreditləri yüksək keyfiyyəti ilə seçilir və banka sabit xalis faiz gəliri təmin edir.
«Moody's» qeyd edir ki, 2024-cü ilin sonuna bankın müştərilərinin depozitləri bankın ümumi öhdəliklərinin 76%-ni təşkil edib. İpoteka kreditləri və sahibkarların dəstəklənməsi üçün istəfadə edilən digər vəsaitlər, o cümlədən dövlət vəsaitləri isə bankın cəmi maddi aktivlərinin 15%-ni təşkil edib.
«Biz hesab edirik ki, bu maliyyə mənbələri sabitdir və onların yenidən maliyyələşmə riski aşağıdır».
Agentlik xüsusi vurğulayır ki, «Bank of Baku»nun uzunmüddətli depozit reytinqinin B1 səviyyəsində təsdiqlənməsi hər hansı kənar dəstəyə deyil, bankın öz baza kredit qiymətləndirilməsinə (BCA) əsaslanır.
REYTİNQ PROQNOZU
«Moody's»in açıqlamasında bildirilir ki, «Bank of Baku»nun depozit reytinqləri ilə bağlı sabit proqnoz, qarşıdakı 12-18 ay ərzində bankın yüksək kredit göstəricilərini davam etdirəcəyinə inamın göstəricisidir.
«Bank of Baku» likvidliyini daha da artırsa və eyni zamanda ödəniş qabiliyyətini indiki kimi yüksək saxlasa, onun reytinqinə yüksəldilmə istiqamətində yenidən baxıla bilər.