"AGBank" ASC-in mükafatları sırasına daha biri əlavə olunub. Bank bu dəfə "MasterCard" tərəfindən “Ən yüksək xarici əməliyyat dövriyyəsi olan ekvayer bank” mükafatına layiq görülüb.
Qeyd edək ki, 1999- cu ildən "MasterCard International"ın üzvü olan "AGBank", bundan əvvəlki illərdə də müxtəlif nominasiyalara təltif edilib və ümumiyyətlə fəaliyyətə başladığı gündən etibarən "AGBank" ASC istər ölkəmizdə, istərsə də, beynəlxalq maliyyə təşkilatları tərəfindən müxtəlif mükafatlara layiq görülüb.