Ötən həftə yerli mətbuat bank sektorundakı mənbələrə istinadən, AccessBank-ın NIKOIL Bank-ın tərkibinə keçəcəyi barədə yazmışdı. Yayılan xəbər AccessBank tərəfindən təsdiqlənmədi.
Bankdan daxil olmuş açıqlamada deyilir:
"AccessBank, ötən həftə səhmdarlarının mümkün dəyişikliyi ilə bağlı yayılan xəbərləri təsdiqləmir.
AccessBank aktivlərin həcminə və eyni zamanda bütün regionları əhatə edən geniş xidmət şəbəkəsinə görə ölkənin ən böyük banklarından biridir. Məhz ötən həftə müştərilərə daha səmərəli xidmət göstərmək üçün Sabirabad və ona yaxın rayonların potensialını nəzərə alaraq Bank yeni "Sabirabad" filialını açdı. Son aylar Bank rekord sayda kredit ayırıb və hazırda ölkənin mikrokreditləşmə bazarında 50% -dən çox paya malikdir.
Həmçinin, Bankın depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 40 %-dək artım nümayiş etdirib, bu da bir daha əhalinin Banka olan etibarını təsdiqləyir.
Bundan başqa sentyabrda AccessBank-ın səhmdarları növbəti dəfə Bankın nizamnamə kapitalını 20 milyon manat məbləğində artırıblar".
@Marja.az
Eləcə də baxın: Azərbaycanın daha 2 bankı birləşmək üçün danışıqlar aparır