Sizin yerli Avropa bankınız - AccessBank, Yeni İl ərəfəsində müddətli manat əmanətləri üzrə faiz dərəcələrini yüksəltdiyini elan edir.
Yeni il kampaniyası çərşivəsində 6-24 ay müddətinə milli valyutalı əmanətlər üzrə illik faiz dərəcəsi 12%-dək, xarici valyuta üzrə əmanətlər üzrə isə 4,5%-dək təşkil edir. Faiz dərəcəsi əmanətin müddətindən asılı olaraq dəyişir. Üstəlik, 18 ay və daha uzun müddətə yerləşdirilən depozitlərə görə vergi də tətbiq edilmir.
Məbləği 100 000 AZN-dən yuxarı və müddəti 18-24 ay olan əmanətlərin, faizləri müddətin sonunda götürmək şərti ilə açılan əmanətlərin faiz dərəcəsinə +0.25% əlavə təklif olunur.