AccessBank maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir.
Bankın məlumatında deyilir ki, tender Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə elan olunub.
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçün [email protected] elektron ünvanına, yaxud (+994 55) 505 69 59 nömrəsinə müraciət edə bilərlər.
Qiymət təklifləri ilə zərflərin qəbul müddəti 2024-cü il iyun 17-də başa çatır.