“AccessBank” QSC hər bir istiqrazın dəyəri 1000 manat olan 5000 ədədli faizli, sənədsiz adlı, təmin edilməmiş istiqrazlar buraxmağı palanlaşdırır.
FED.az bu barədə bankın emissiya prospekti və ya informasiya memorandumuna istinad edir.
İstiqrazlar üzrə illik faiz dərəcəsi 10 faiz təşkil edir. İstiqrazlar üzrə ödənilməli olan faizlər istiqrazların tədavül müddətində (buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 18 ay müddətində ildə günlərin sayı 360və bir ayda günlərin sayı 30 gün olaraq götürülməklə) hər 3 təqvim ayından bir ödəniəcək.
Anderrayter "ABB-Invest Investisiya Şirkəti" QSC şirkətidir.