Azərbaycanın ən böyük bankı, ölkənin bank sektorunun lideri olan Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmləri üzrə abunə yazılışı davam edir.
FED.az xəbər verir ki, bankın səhmlərinin satışı ilə bağlı mühüm yenilik edilib.
Belə ki, ABB-nin idarə heyətinin qərarı ilə bankın bir şəxsə satıla bilən səhmlərinin sayı artırılaraq 400 min ədədə çatdıirılıb.
Xatırladaq ki, ilkin variantda hər bir invesora satılan səhmlərin sayı 100 ədəddən 75 min ədədə qədər müəyfən edilmişdi. İndi isə bir investora satıla bilən səhmlərin maksimum sayı toəqribən 6 dəfə artırılaraq 400 min ədədə qaldırılıb.
Qeyd edək ki, ABB-nin səhmlərinə abunə yazılışı çərçivəsində ümumilikdə 322 milyon yeni səhmin satışa çıxarılması nəzərdə tutulur. Bu satışdan sonra Bankda dövlətin payı 90%-ə düşəcək.
Səhmləri ABB və digər banklara müraciət etməklə, eləcə də ABB mobil tətbiqi vasitəsilə almaq olar.