Azərbaycanın bank sektorunun lideri, ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankının – ABB-nin kredit portfeli rekord həddə çatıb.
Azərbaycanın ən böyük bankı daha da güclənib - BÖYÜK MƏNFƏƏT - HESABAT
FED.az bankın hesabatına istinadən xəbər verir ki, 2022-ci ilin sonuna ABB-nin kredit portfeli 3,5 milyard manatı keçərək 3 milyard 531 milyon manat olub. Bu ölkə bankları arasında rekord göstəricidir.
Son bir ildə kredit portfeli 431 milyon manat və ya 14% artıb.
Kredit potfelinin böyük hissəsi biznes kreditlərinin payına düşür. ABB-nin biznes kredit portfeli 1 milyard 638 milyon manat və ya təqribən 1 milyard dollara çatır. Son bir ildə - 2022-ci ilin əvvəli ilə müqayisədə bankın biznes kreditləri portfeli 50 milyon manat artıb.
Daşınmaz əmlak kreditləri portfeli 186 milyon manat və ya 25% artaraq 920 milyon dollara yüksəlib.
ABB-nin istehlak kreditləri portfeli isə 194 milyon manat və ya 25% artaraq 973 milyon manata yüksəlib.