Cari ilin II rübündə "Azərbaycan Beynəlxalq Bankı"nın əmək haqqı xərcləri 84 milyon 271 min manata bərabər olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bankın əmək haqqı xərclərində son bir il ərzində 13 milyon 163 min manat (19%) artım qeydə alınıb.
2023-ci ilin II rübündə bu göstərici 71 milyon 108 min manat təşkil edib.