Bank seklorunun lideri olan ABB-nin 2024-cü ilin II rübündə 5 milyard 808 milyon manat cəmi kredit portfelinə mallik olub.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
2023-ci ilin sonu ilə müqayisədə ümumi kredit portfeli 759,1 milyon manat və ya 6% artıb.
O cümlədən, ABB-nin istehlak kreditləri portfeli 276,3 milyon manat (20%) artaraq 1 milyard 646,4 milyon manata, biznes kreditləri portfeli 357,9 milyon manat və ya 14% artaraq 2 milyard 862,5 milyon manata, ipoteka kreditləri portfeli 124,9 milyon manat və ya 11% artaraq 1 milyard 298,9 milyon manata çatıb.