Azərbaycanın ən böyük bankı, ölkənin bank sektorunun lideri olan ABB Bankın kredit portfeli tarixində ilk dəfə olaraq 7 milyard manatı keçib.
Azərbaycanın lider bankının mənfəəti - REKORD VURDU - 1 İLDƏ 336 MİLYON MANAT - HESABAT
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2025-ci ilin nəticələrinə görə, ABB-nin kredit portfeli 7 milyard 80 milyon manata çatıb. Bu 2024-cü ilin sonu ilə müqayisədə 730 milyon manat (11,5%) artıqdır.
Təkcə son 3 ayda – 2025-ci ilin 4-cü rübündə ABB-nin kredit portfelində 278 milyon manat artım olub.
ABB-nin kredit portfelinin yarıdan çoxu – 3 milyard 545 milyon manatı biznes kreditlərin payına düşür. Son bir ildə biznes kreditləri 436 milyon manat artıb (14%).
Bankın kredit portfelinin 1 milyard 984 milyon manatı istehlak kreditlərinin payına düşür – bu bir il əvvəllə müqayisədə 185 milyon manat və ya 10,3% artıqdır.
Bu dövrdə ABB-nin ipoteka krediti portfeli 108 milyon manat və ya 7,5% artaraq 1 milyard 551 milyon manata yüksəlib.











