Azərbaycanın ən byük bankı – ölkənin bank sektorunun lideri olan Azərbaycan Beynəlxalq Bankı (ABB Bank) 2025-ci ilin yekunlarını açıqlayıb.
FED.az biznes və maliiyə xəbərləri protalı bankın maliyyə hesabatına istinadən xəbər verir ki, ABB ötən ili rekord məbləğdə - 335,7 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 42 milyon manat, yəni 14,3% artım deməkdir. Bankın mənfəətinin artmasında əsas rolu gəlirlərinin yükəlməsi oynayıb.
ABB-dən - “İndi al, sonra ödə!” xidməti
2025-ci ildə ABB bankın əsas gəlir mənbəyi olan faiz gəlirləri illik müqayisədə 181 milyon manat və ya təqribən 20% artaraq 1,1 milyard manata yaxınlaşıb.
Gəlir artımının əsas səbəbi müştərilərə verilən kreditlər üzrə faizlərdiir – bu göstərici əvvəlki ilə nisbətən 158 milyon manat (24%) artımla 822 milyon manata yüksəlib.
Daha 176 milyon manatı isə ABB qiymətli kağızlara yatırımlardan əldə edib – 2024-cü ilə nisbətən 36 milyon manat artım olub. ABB ötən il digər banklara yatırılan depozitlərdən 72 milyon, sair faiz gəlirlərindən isə 22 milyon manat əldə edib.
ABB Dövlət Vergi Xidməti ilə aksizli malların ödənişi üzrə - TƏRƏFDAŞLIĞA BAŞLADI!
Bununla yanaşı, 2025-ci ildə ABB-nin faiz xərcləri də 138 milyon manat və ya təqribən 55% artaraq 387 milyon manatı keçib. Faiz xərclərinin əsas hissəsi depozitlər üzrə ödənilən faizlərdir. Belə ki, ötən il ABB bankda əmanəti olanlara 280 milyon manat faiz ödəyib. Bu əvvəlki illə müqayisədə 90 milyon manat və ya 50% artıqdır.
Bundan başqa, ABB Mərkəzi Bank qarşısındakı öhdəliklər üzrə 61 milyon manat, digər banklardan cəlb edilən kreditlərə görə isə 20 milyon manat faiz ödəyib. Daha 11 milyon manat isə bankın istiqrazları üzrə ödənişlər olub.
ABB-nin yeni kreditlərinin - 99%-İ QEYRİ-NEFT SEKTORUNA VERİLİB
Nəticədə 2025-cı ildə ABB-nin xalis faiz gəliri ötən ilə nəzərən 37 milyon manat artaraq 697 milyon manat təşkil edib. Bu artım, göstərir ki, bankın faiz gəlirləri faiz xərclərindən daha sürətli artıb.
Ötən il ABB-nin qeyri-faiz gəlirləri də kəskin artıb. Bu göstərici bankın müştəri aktivliyini əks etdirir - gəlirlər ötən ilə nəzərən 111 milyon manat (33%) artaraq 451 milyon manata çatıb. Qeyri-faiz gəlirlərinin əsas hisəsi – 296 milyon manatı haqqı və komissiya gəlirləridir. Bu göstərici 2024-cü illə müqayisədə 66 milyon manat (təxminən 29%) artıb.
Xarici valyuta ilə əməliyyatlar isə banka 80 milyon manat gəlir gətirib – əvvəlki ilə bu rəqəm 66 milyon manat idi. Digər qeyri faiz gəlirləri isə 39 milyon manatdan 71 milyon manata yüksəlib.
Ötən il ABB-nin qeyri-faiz xərcləri də 106 milyon manat (20%) artaraq 627 milyon manata yüksəlib. Burada əsas artım əmək haqlarıdır – 2025-ci ildə ABB-nin maaş xərcləri birdən birə 50 milyon manat artaraq 186 milyon manatdan 236 milyon manaat yüksəlib.
Ümumi və inzibati xərclər və amortizasiya xərcləri demək olar dəyişməyib, əvəzində digər qeyri-faiz xərcləri 325 milyon manata çatıb.
Nəticədə 2025-ci ildə ABB Bankın əməliyyat mənfəəti 521 milyon manata yüksəlib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 42 milyon manat və ya təqribən 9% artıqdır.
Ötən il ABB Bank mümkün zərərlər üzrə 103 milyon manat ehtiyat ayırıb, nəticədə bankın verigdən əvvəlki mənfəəti 418 milyon manat olub. Bundan 82,2 milyon manat mənfəət vergisi ödənilib, nəticədə ABB Bank 2025-ci ili rekord məbləğdə – 335,7 milyon manat xalis mənfəətlə tamamlayıb.
Bu, 2024-cü illə müqayisədə 42 milyon manat, yəni 14,3% artım deməkdir. Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı 2024-cü ili 293,7 milyon manat xalis mənfəətlə yekunlaşdırmışdı.
2025-ci ilin yekunlarına görə (31.12.2025 tarixinə), Azərbaycan Beynəlxalq Bankının (ABB) cəmi aktivləri 13 milyard 627 milyon manat təşkil edib.
Bankın aktivlərinin əsas hissəsi müştərilərə verilmiş kredit portfeli – ilk dəfə 7 milyard dolları keçərək 7 milyard 80 milyon manat olub. Əvvəlki illə müqayisədə ABB –nin kredit portfeli 730 milyon manat və ya 11,5% artıb. Kreditlərin artımında əsas ağırlıq biznes kreditlərinin üzərinə düşüb - biznes kreditləri 436 milyon manat (14%) artaraq 3,545 milyard manatı, istehlak kreditləri 185 milyon manat (10%) artaraq təxminən 1,984 milyard manat, daşınmaz əmlak kreditləri isə 108 milyon manat (7,5%) artaraq 1,55 milyard manata çatıb.
Bankdakı nağd pul vəsaitləri ilin sonuna 2,5 milyard manat, qiymətli kağızlara yatırımlar isə 3,3 milyard manat olub. Digər banklardakı depozitlər isə 93 milyon manat (24%) artaraq 487 milyon manata yüksəlib.
2025-ci ilin yekunlarına görə Azərbaycan Beynəlxalq Bankının (ABB) cəmi öhdəlikləri 11 milyard 422 milyon manat təşkil edib. Bunun böyük hissəsi – 8 milyard 893 milyon manatı depozit portfelidir.
İlin sonuna bankda fiziki şəxslərin əmanətləri 655 milyon manat artaraq 3,4 milyard manat, hüquqi şəxslərin depozitləri isə 5,5 milyard manat olub. Ötən il ABB bank Mərkəzi Bank qarşısındakı öhdəliklərini təqribən 2 dəfə azaldaraq 990 milyon manatdan 459 milyon manata endirib.
Bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısındakı öhdəlikləri isə illik müqayisədə 473 milyon manat (55%) artaraq 1,3 milyard manatı keçib. Borc qiymətli kağızları isə dəyişməz qalaraq 100 milyon manat təşkil edib.
2025-ci ilin yekunlarına görə Azərbaycan Beynəlxalq Bankının (ABB) cəmi kapitalı 2 milyard 205 milyon manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 154 milyon manat, yəni 7,5% artım deməkdir. Kapitalın artmasında əsas rolu bankın il ərzində əldə etdiyi mənfəət oynayıb.
Bankın səhmdar kapitalı dəyişməyərək 1,3 milyard manata yaxın səviyyədə qalıb. Bölüşdürülməmiş mənfəəti isə 136 milyon manat (28%) artaraq 621 milyon manata çatıb.













