Azərbaycan Beynəlxalq Bankı 2019-cu ilin birinci rübünü 130 milyon 345 min manat mənfəətlə başa vurub. FED.az xəbər verir ki, bu barədə bankın rüblük hesabatında məlumat verilir.
Hesabata əsasən, ilk rübdə ABB-nin xalis faiz gəliri 85 milyon 254 min manat, qeyri faiz gəlirləri 29 milyon 382 min manat, qeyri-faiz xərcləri isə 29 milyon 481 min manat təşkil edib.
Nəticədə ilk 3 ayda bankın əməliyyat mənfəəti 85 milyon 155 min manat təşkil edib. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalardan geri çəkilən məbləğ isə 45 milyon 190 min manat təşkil edib. Nəticədə Bank ilk rübü 130 milyon 345 min manat mənfəətlə başa vurub.
Beynəlxalq Bankdan böyük mənfəət – HESABAT AÇIQLANDI
10:50
15 Aprel 2019