Azərbaycanda elektromobil bazarının inkişafı birbaşa olaraq mövcud gömrük qanunvericiliyinin təkmilləşdirilməsindən asılıdır.
Eləcə də bax: Azərbaycan elektromobil - İdxalını Dayandırıb
FED.az xəbər verir ki, bunu avtomobil bazarının eksperti Ziya Mahmudov deyib.
Onun sözlərinə görə, hazırda daxili bazarda yeni hibrid və elektromobillərə olan qiymətlərin yüksək olmasına səbəb məhz qanunvericilikdə olan müəyyən məqamlardır ki, bu da, öz növbəsində, istehlakçı tələbatının azalmasına gətirib çıxarır.
"Təəssüf ki, yerli gömrük qanunvericiliyi elektromobillərin ölkəyə idxalına dair məsələlərdə bir qədər qeyri-müəyyəndir. Bu gün hüquqi şəxs, yəni şirkət ölkəyə elektromobil idxal edərkən yalnız 15% gömrük vergisi ödəyir. Elektromobili gömrükdən keçirərkən ƏDV ödəmir. Lakin əgər həmin hüquqi şəxs elektromobili satırsa, o, mütləq qiymətə ƏDV-ni əlavə etməlidir. Bu vəziyyət tam deməyə əsas verir ki, qanunvericilik rəsmi idxalçını deyil, "boz bazar" iştirakçısını stimullaşdırır", - deyə Z. Məmmədov qeyd edib.
Ekspert əlavə edib ki, bu gün istənilən şəxs öz adına elektromobili ölkəyə gətirir, 18% gömrük vergisini ödəmədən, sadəcə etibarnamə ilə bu avtomobili ikinci şəxsə satır: "Qanunla işləyən rəsmi idxalçı isə belə hala, əlbəttə, yol verə bilməz. Hüquqi şəxs həm avtomobil idxal edir, həm də ƏDV-ni qiymətə əlavə etməlidir. Hesab edirəm ki, elektromobil bazarının inkişafına töhfə verəcək addım ölkəyə gətirilən bütün elektromobillərin ƏDV-dən azad edilməsi olardı. Əfsus ki, yaxın gələcəkdə bu istiqamətdə pozitiv addımların atılacağı gözlənilmir". (Apa)