Avqustun 7-dən Mobil tətbiqi endirib, qeydiyyatdan keçməklə yaxınlıqdakı parklanma yerini, həmçinin ərazidəki boş, qismən və ya tam dolmuş yerləri öyrənmək olacaq.
"AzParking" mobil tətbiqi bu tarixdən - İSTİFADƏYƏ VERİLƏCƏK
FED.az xəbər verir ki, ödənişlər nağdsız, elektron formatda həyata keçiriləcək.
“Ödəmə terminalları vasitəsilə virtual balansı artırmaq mümkün olacaq.”
Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev bildirdi ki, parklanmanın dövlət tərəfindən idarə olunmasında əsas məqsəd parklanma yerlərindən qısa müddətdə daha çox əhalinin istifadəsini təmin etməkdir.
“Parklanma yerlərinin öncədən rezervasiyası mümkün olmayacaq.”
Çünki, bunu idarə etmək çətindir və qanunvericiliklə də nəzərdə tutulmayıb. (Xezerxeber.az)