Yanvar-noyabr aylarında Azərbaycana 932 milyon 95 min ABŞ dolları dəyərində 66 min 866 avtomobil idxal olunub.
Avtomobillərin gömrük rəsmiləşdirilməsində yenilik - GÖMRÜK SƏDRİ AÇIQLADI
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 374-ü sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 61 min 637-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 4556-sı yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 299-u isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir. (Azərtac)