“Mitsubishi Corporation” Azərbaycan üzrə xarici hüquqi şəxsin nümayəndəliyi ləğv olunur.
Bu barədə FED.az Banker.az-a istinadən xəbər verir.
Məlumatda qeyd edilir ki, şirkətin borclu olduğu şəxslər iki ay müddətinə AZ1014 Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun 43 küçəsi, ev World Business Center, 17-ci mərtəbə, mənzil “Grata Azərbaycan” MMC-nin ofisi ünvanına bildirə bilərlər.
“Mitsubishi” konserni Yaponiya şirkətidir.