Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən martın 5-də növbəti hərrac təşkil edilib. Hərracda 6 avtomobil satılıb.
Prezident Aparatının avtomobilləri ucuz qiymətə - satışa çıxarıldı – SİYAHI, QİYMƏTLƏR
Dövlət Xidmətindən FED.az-a verilən məlumata görə, nəqliyyat vasitələri üzrə keçirilən hərrac rəqabətli olub. Belə ki, ilkin qiyməti 1000 manat olan QAZ-31105 markalı avtomobil 2620 manata satılıb.
Növbəti hərraclar 12 və 13 mart tarixlərində keçiriləcək. Hərraclara 85 nəqliyyat vasitəsi, "Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatının balansında olan 20 daşınmaz əmlak çıxarılacaq.
Bakı şəhərində 5 mart 2024-cü il tarixində keçirilmiş hərracda satılan nəqliyyat vasitələrinin siyahısı
№ |
Balanssaxlayıcı təşkilatın adı |
Avtonəqliyyat vasitəsinin markası |
Dövlət nömrə nişanı |
Buraxılış ili |
Hərraca çıxarılan ilkin satış qiyməti (manat) |
Yekun satış qiyməti (manat) |
Protokol №-si və tarixi |
1 |
Azərbaycan Respublikasının Milli Məclisinin İşlər İdarəsi |
Hyundai Sonata minik |
90 AH 408 |
2005 |
7000 |
7000 |
04/24 01.02.2024 |
2 |
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi |
QAZ 3110 minik |
50 AB 138 |
1993 |
1000 |
1000 |
04/24 01.02.2024 |
3 |
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi |
QAZ-53-12 yük |
63 AC 019 |
1989 |
300 |
340 |
04/24 01.02.2024 |
4 |
Azərbaycan Respublikası Laçın Rayon İcra Hakimiyyəti |
QAZ-31105-120 minik |
41 AA 003i/o |
2005 |
1000 |
2620 |
04/24 01.02.2024 |
5 |
Azərbaycan Respublikası Laçın Rayon İcra Hakimiyyəti |
QAZ-3110 minik |
41 AA 006i/o |
2001 |
1200 |
1200 |
04/24 01.02.2024 |
6 |
AR "TƏBİB" publik hüquqi şəxsinin tabeliyində "Göygöl Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi |
QAZ-322174-32 Xüsusi tibbi yardım |
25 AC 188 |
2004 |
1000 |
1000 |
04/24 01.02.2024 |