Gömrük aksiz dərəcəsi olmamasına baxmayaraq, xaricdə alınmış elektromobillərin sayı hələ də ənənəvi avtomobillərdən azdır. FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ilk üç ayda Azərbaycana elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik cəmi 9 avtomobil tədarük edilib.
Eləcə də bax: Ən etibarsız ikinci əl avtomobilləri - SİYAHI
Bu ilin birinci rübündə satın alınan elektromobillərin ümumi gömrük dəyəri 100 min dollardan bir qədər çox olub.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ildə 35 elektromobil alınıb və onların bəyan edilən gömrük dəyəri 965,8 min dollar təşkil edib. Elektromobillər üçün gömrük idxal rüsumu gömrük dəyərinin 15%-ni təşkil edir. Bundan əlavə, 18% əlavə dəyər vergisi tətbiq edilir.
Qeyd edək ki, ilk rübdə xaricdən 7241 ənənəvi minik avtomobili alınıb.