Dövlət müəsissələrinə aid olan avtomobillər Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən noyabrın 20-də hərraca çıxarılacaq. ƏMDK-dən FED.az-a verilən məlumata görə, hərracda 9 dövlət maşını təqdim olunacaq.
Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Banka ödənilməlidir)
Hərracda keçirilən avtomobillərin siyahısını təqdim edirik.