Alman konserni “Daimler AG”in idarə heyyətinin sədri və “Mersedes-Benz”in baş direktoru Diter Tsetşe gələn ilin mayında hər iki vəzifədən gedəcək.
FED.az xarici KİV-ə istinadən xəbər verir ki, bu vəzifəyə İşveşli Ola Kalenius gətiriləcək. Beləliklə də ilk dəfə olaraq alman konserninə qeyri-alman rəhbərlik edəcək.
Gözlənilir ki, 2021-ci ildə səhmdarların ümumi yığıncağında Diter Tsetşenin müşahidə şurasına qəbul olunması təklif olunacaq. Şuranın hazırki sədri Manfred Bişofun səlahiyyət müddəti həmin vaxt bitəcəyindən o öz varisi kimi məhz Tsetşenin namizədliyini irəli surəcək.
Finans.az