Qaradağ Rayon Polis İdarəsi əməkdaşları tərəfindən avtomobillərin qeyri-qanuni parklanması ilə bağlı rerd keçirilib.
Eləcə də bax: Azərbaycanda avtomobil sahibləri üçün “Vahid parkinq kartı” - TƏTBİQ EDİLƏCƏK
FED.az xəbər verir ki, reyd rayonun Lökbatan dairəsində baş tutub.
Tədbir zamanı qanunsuz parklanma ilə məşğul olan sürücülərlə maarifləndirici söhbətlər aparılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, paytaxtın bəzi ərazilərində nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur:
“Apardığımız müşahidələr onu göstərir ki, sürücülər daha çox nəqliyyat vasitələrini nəqliyyatın hərəkət hissəsində saxlayırlar. Onlar arxadan gələn nəqliyyat vasitəsinin maneəsiz hərəkətinə maneə törədirlər. Həmin ərazilərdən biri də Qaradağ rayonu ərazisindəki Lökbatan dairəsidir”.
N.Əliyev qeyd edib ki, bundan sonra da Lökbatan dairəsində polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət profilaktik tədbirlər davam etdiriləcək:
"Hər bir sürücüdən xahişimiz odur ki, avtomobil idarə edərkən digər sürücüləri də nəzərə alsınlar”.
(Report)