Naxçıvan Avtomobil Zavodu yeni “Maple X3 PRO” avtomobillərinin istehsalına və satışına başlayıb.
FED.az xəbər verir ki, dinamik görünüşə malik olan yeni model həm eksteryeri, həm də interyeri ilə diqqəti cəlb edir.
Avtomobil ekonomiklik baxımından da sərfəlidir. Belə ki, “Maple X3 pro” modellərinin yanacaq sərfiyyatı qarışıq rejimdə 5.9 litr təşkil edir. Arxa park radar və görüntü kamerası ilə təchiz olunub. Eyni zamanda çoxfunksiyalı sükan, sensor monitor, USB giriş, dəri oturacaqlar, kondisioner, mərkəzi kilid sistemi hərəkət zamanı sürücülərə əsl rahatlıq yaşadacaq.
Satış həm nəğd, həm də kredit şəklində həyata keçirilir. Qiymətlərə gəldiksə isə müştərilərə 24 500 manatdan başlayan qiymətlərlə təklif olunur.
İstehsalçı avtomobili iki variantda – mexaniki və avtomat sürətlər qutusu ilə təchiz edərək satışa çıxarır.
Avtomobillər istehsal xəttindən buraxıldıqdan sonra xüsusi ayrılmış ərazidə yoxlanılır, test yürüşü edilərək satış salonlarına göndərilir. Avtomobil Avro 4 standarlarına cavab verir və müxtəlif rəng seçimləri ilə təklif olunur.
Qeyd edək ki, avtomobilin satışı həm nəğd, həm də kreditlə həyata keçirilir. Qiymətlər 24 500 manatdan başlayır. Avtomobili əldə etmək istəyənlər ilkin 30% ödəniş etməklə 4 ilədək kredit imkanlarından istifadə edə bilərlər.