Azərbaycana idxal edilən kartof üçün idxal gömrük rüsumu iki dəfə artırılıb.
FED.az-ın məlumatına, görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə müvafiq dəyişiklik edib.
Eləcə də bax: Azərbaycanda reklamı qadağan olunan əmtəələrin sayı artıb
Qərara əsasən idxal gömrük rüsumu kartofun gömrük dəyərinin 30 faizi həcmində olacaq. Bundan əvvəl kartof üçün idxal gömrük rüsumu 15 faiz olub.
Eləcə də bax: Gömrük Türkiyədən gətirilən şubaları saxladı - FOTOLAR
Bu qərar dərc edildiyi gündən qüvvəyə minir və 2018-ci il oktyabrın 31-dək qüvvədədir. Qeyd edək ki, idxal gömrük rüsumunun artımı toxumluq kartofu əhatə etmir.
Eləcə də bax: Tikintiyə icazə qaydası dəyişdi - BAŞ NAZİRDƏN QƏRAR
Bu qərar istehlak məqsədi ilə yanvarın 1-dən iyunun 30-dək ölkəyə idxal edilən təzə və ilin digər aylarında idxal edilən kartofu əhatə edir.
Eləcə də bax: 25 ton kartof ölkəyə buraxılmadı - SƏBƏB