Şəmkirdə baramaçılığın inkişafı ilə əlaqədar tut bağları salınır. Artıq bələdiyyə və xüsusi mülkiyyətə aid torpaqlarda 14 min tut tinginin əkilməsi təmin olunub. Ümumilikdə, cari ildə rayon ərazisində 40 min tut tinginin əkini planlaşdırılıb. Yerli bələdiyyələrin tərkibində yaradılan məhdud məsuliyyətli cəmiyyətlərdə də proses davam edir. Qaracəmirli bələdiyyəsinin təşəbbüsü ilə təşkil olunan növbəti əkin zamanı torpağa 1000-dən çox ting basdırılıb.
Qaracəmirli bələdiyyəsinin sədri Rövşən Quliye deyib: “Bizim kənddə 11 min tut tinginin əkini nəzərdə tutulub. Hazırda kəndin müxtəlif ərazilərində bu işlər aparılır. Məqsədimiz tinglərə düzgün aqrotexniki qulluq göstərib baramaçılığa öz töhfəmizi verməkdir”.
Qeyd edək ki, ötən ildə Şəmkirdə 40 min tut tingi əkilib.