"Hazırda ölkədə kənd yumurtası demək olar ki, yoxdur".
FED.az xəbər verir ki, bunu Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev deyib.
Onun sözlərinə görə, hazırda satışda olan kənd yumurtaları köhnədir və təzə yumurta adı ilə yüksək qiymətə vətəndaşlara satılır.
Cəmiyyətin sədri kənd yumurtasının az olmasını havaların soyması ilə əlaqələndir və əlavə edib ki, yerli broyler müəssisələri ölkənin adi yumurtaya olan tələbatını artıqlaması ilə ödəyə bilirlər.