Yaxın illərdə respublikada fındıq bağlarının sahəsi 80 min hektara çatdırılacaq.
Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov kollegiya iclasındakı çıxışında deyib.
Nazir qeyd edib ki, fındıqçılıq ölkə iqtisadiyyatında mühüm yer tutur: “Ötən il aqrar məhsulların ixracından 570 milyon dollar vəsait daxil olubsa, bunun təxminən 115 milyon dolları fındığın payına düşür. Bu sahəyə dövlət dəstəyi nəticəsində fındıq tingləri alındı və yerlərə pulsuz paylanıldı. Əvvəl fındıq bağları 34 min hektar idisə, artıq 67 min hektardır. Yaxın illərdə isə 80 min hektara çatdırılacaq”.