Ekologiya və Təbii Sərvətlər Nazirliyi yeni aqrobağların salınması üçün torpaq sahələrinin ayrılması ilə bağlı müvafiq rayon icra hakimiyyətlərinə müraciət edib.
FED.az xəbər verir ki, Trend-in məlumatına görə, Abşeron rayonu ərazisində Qala-Türkan avtomobil yolunun ətrafında, Salyan rayonu ərazisində Xıdırlı qəsəbəsinin ətrafında, Hacıqabul rayonu ərazisində Kalmas yolunun ətrafında, Qaradağ rayonunun Ələt qəsəbəsinin ərazisində meyvə ağaclarından ibarət aqrobağların salınması üçün yeni ərazilər müəyyənləşdirilıb, xərtiələşdirilib və torpaq sahələrinin ayrılması ilə bağlı müvafiq rayon icra hakimiyyətlərinə müraciət olunub.
Bundan əlavə, 2021-ci ilədək Nazirliyin daxili imkanları hesabına dövlət büdcəsindən əlavə vəsait cəlb edilmədən aqromeşələrin yaradılması ilə bağlı 28 çeşiddə (cənub zonasında sitrus bağlarının salınması məqsədilə 5 növ sitrus meyvələri də daxil olmaqla) 87,6 milyon ədəd müxtəlif cinslərdən ibarət meyvə tinglərinin yetişdirilməsi nəzərdə tutulub.
2017-ci ildə 948850 ədəd tut tingi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının bölgüsünə əsasən müxtəlif rayonlarda tut bağlarının salınması üçün baramaçılığın inkişafı ilə məşğul olan təşkilatlara, fermerlərə, fərdi təsərrüfatlara, rayon icra hakimiyyətlərinə və bələdiyyələrə ödənişsiz olaraq paylanılıb.