FED.az xəbər verir ki, bu barədə Cəfər İbrahimli sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, dünən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə kənd təsərrüfatının inkişafinda xidmətləri olan birsıra şəxslərə, o cümlədən Tərtər rayonunun icra başçısı cənab M.Məmmədova "ƏMƏK" ordeni verilib. Tərtər rayonu qəhrəman rayon olduğunu sübüt etdi və bu münasibətlə cənab M.Məmmədovu təbrik edirik.
"Cari ildə bu inkişafa dəsdək olmus və 2000-ci ildən Tərtər rayonunda fəaliyyət göstərən İbrahimov Habil Qəməddin oğluna məxsus təsərrüfatda ciddi göstəricilər əldə olunub. Belə ki,
Pambıq istehsalı:
Cari ildə hər hektardan 3.6 ton pambıq əldə olunaraq 116 ton pambıq təhvil verilib. Qeyd edək ki, bu Tərtər rayonu üzrə ən yüksək məhsuldarlıq və toplam 116 ton məhsulla ən yüksək göstərici bu təsərrüfata məxsusdur. Cari ildə ölkə üzrə orta məhsuldarlıq hər hektar üçün 1.5 ton olduğunu nəzərə alsaq bu göstərici respublika ortalamasından 2.4 dəfə yüksəkdir.
Qarğıdalı İstehası:
Cari ildə hər hektardan 60 ton olmaqla 2000 ton qarğıdalı silosu və hər hektardan 11 ton olmaqla 400 ton dənlik qarğıdalı əldə olunub ki, bu da respublika üzrə ən yüksək məhsuldarlıq hesab olunur.
Buğda istesalı:
Cari ildə hər hektardan 5.3 ton olmaqla 120 ton buğda əldə olunub ki, bu da ümümiyyətlə respublika üzrə ən yüksək məhsuldarlıq hesab olunur. Qeyd edək ki, cari ildə ölkə üzrə orta məhsuldarlıq 2.8 ton təşkil etməkdədir.
Heyvandarlıq:
4 il əvvəl yaradılan südçülük fermasından cari ildə hər inəkdən ortalama günlük 20 litr olmaqla toplam 750 ton süd və 12 ton həcmində ət istehsal olunub
Meyvə:
Intensiv bağçılığın yaradılıb və cari ildə ilk dəfə olaraq 20 ton ixrac məqsədli karalyok yetisdirilərək ixracatçılara təhvil verilib" -deyə C.İbrahimli bildirib.
C.İbrahimli həmçinin qeyd edib ki, bir sahibkar üçün ən böyük mükafat onun yaratdığı əlavə dəyərdir.