Dövlət Aqrar Ticarət Şirkətinin "Kənddən Şəhərə" berendi ilə yaradacağı şəbəkənin ilk mağazası Nizami 92 ünvanında yerləşəcək.
FED.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Ticarət Şirkətinin rəhbəri Leyla Məmmədova bildirib.
Leyla Məmmədova qeyd edib ki, ilk mağaza Oktyabr ayında istifadəyə veriləcəkdir və ilin sonunadək mağazaların sayı artırılacaq.
"Böyük mağaza Nizami 92 ünvanında yerləşəcək. Eyni zamanda, Bakı və ətraf qəsəbələrdə kiçik mağazaların açılışı nəzərdə tutulur”.
"Kənddən Şəhərə" şəbəkəsinin onlayn saytı və mobil əlavəsi də təqdim ediləcək.
Xəbər verdiyimiz kimi, Dövlət Aqrar Ticarət Şirkəti "Kənddən Şəhərə" berendi ilə mağazalar açmağı planlaşdırır. Məqsəd kiçik və orta fermer təsərrüfatı sahiblərinə dəstək olmaq, şəhər əhalisini keyfiyyətli kənd məhsulları ilə təmin etməkdir.