Dövlət Aqrar Ticarət Şirkəti
Dövlət Satınalmaları üzrə mütəxəssis
Namizədə tələblər:
- Ali təhsil (Hüquq və iqtisadi sahələrə üstünlük verilir)
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
- Dövlət qurumlarının həyata keçirdiyi satınalmalarda təcrübəsi olanlara üstünlük verilir
- Mühasibat və layihələrin idarə olunması konseptləri üzrə minimal anlayış
- Sahə üzrə sənədlər toplusunun hazırlanma qaydalarını, qiymətlərin formalaşdırılması metodları və strategiyasını bilmək
- İngilis və Rus dillərində yazılı və şifahi ünsiyyət
- Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları
- MS Office proqramlarından istifadə bacarığı
- Müstəqil və kollektivlə işləmək bacarığı, məsulliyyətli və dəqiq olmaq
İş barədə məlumat:
- Şirkətin satınalma planının hazırlanmasında iştirak etmək
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Şirkətin tender komissiyasının işini təşkil etmək
- Tender prosesi ilə bağlı yazışmalar, danışıqlar aparmaq, protokolları hazırlamaq
- Tender sənədlərinin elektron qeydiyyatını aparmaq, tender prosesində şirkəti təmsil etmək
- Tender təkliflərini təhlil etmək, ən aşağı qiymət və ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq
- Tədarükçü şirkətlərdən qiymət təklifləri almaq və optimal təklif barədə rəhbərliyə məlumat vermək.
- Xarici və daxili bazar qiymətlərini araşdırmaq və müqayisəli təhlil etmək
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyətinə uyğun olan tenderlərdə şirkətin iştirakını təmin etmək
- Tenderin Əsas Şərtlər Toplusunun, kotirovka sorğusunun və təkliflər sorğusunun dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun olaraq tərtib olunması zamanı satınalma predmetinə aid texniki şərtləri aidiyyəti şöbələrdən əldə etmək və onları müvafiq şərtlər toplusuna daxil etmək
Əmək haqqı namizədlə görüş zamanı müəyyənləşdiriləcək.
İş saatı: 09:00-dan 18:00-dək (5 günlük iş rejimi)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma mütəxəssisi” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.