Hava şəraitinin kəskin şəkildə dəyişməsi ilə əlaqədar Arıçılıq Məhsullarının 19-cu Respublika Sərgi-Satış Yarmarkasının açılış mərasimi təxirə salınıb.
FED.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov deyib.
"Hava şəraitinin kəskin şəkildə dəyişməsi ilə əlaqədar vətəndaşların və yarmarka iştirakçılarının rahatlığını nəzərə alaraq bal yarmarkasının açılış mərasimi təxirə salınır. Bal yarmarkasının açılışı bu gün baş tutmayacaq. Açılış mərasimi barədə əlavə məlumat veriləcək".