Azərbaycanda ilk dəfə olaraq “Agro Systems Manufacturing” MMC tərəfindən dünyada analoqu olmayan hidrokulerlərin istehsalına başlanılıb.
Eləcə də bax: Aqrotexnologiya nəhəngləri Bakıda toplandı - FOTOLAR - VİDEO
FED.az xəbər verir ki, bu barədə Bakı Ekspo Mərkəzində keçirilən 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi “Caspian Agro 2022” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərində məhsullarını nümayiş etdirən şirkətin baş direktoru Köçəri Həsənov müsahibəsində bildirib.
Şirkət rəhbərinin sözlərinə görə, artıq bu meyvələrin çəyirdəyini 2 dərəcəyə qədər soyutmaqla onların saxlanma müddətini 5-6 dəfə artırmaq mümkündür. Hazırda bu avadanlığı İtaliya, Niderland, Almaniya, Türkiyə, Sloveniya istehsal edir. Azərbaycan isə hazırda bu hidrokulerləri istehsal edən 7-ci ölkədir.
Ölkəmizdə istehsal edilən hidrokulerin üstünlüklərindən danışan K.Həsənov deyib: “Çox uzun araşdırmalardan sonra bu sistemdə inqilabi dəyişikliklər edildi. Sistemdə istifadə edilən materialların innovativ texnologiyalara söykənmiş tətbiqini tapdıq və onun soyutma sistemlərini tamamilə dəyişdik. Bu, dünyada analoqu olmayan bir sistemdir. Hazırda yalnız bizim şirkətin eksklüziv sifarişi ilə hazırlanan soyutma sistemləri imkan verir ki, saatda 5 ton deyil, 10 ton meyvə soyuda bilək və suyun hərarətini 5-6 dərəcədə deyil, 0,5 dərəcədə stabil saxlayaq”.
Şirkət rəhbəri vurğulayıb ki, müəssisə sınaq məqsədilə 6-cı hidrokuleri də istehsal edib.(Azərtac)