Cari ilin yanvar-sentyabr aylarında Türkiyədə daşınmaz əmlak alan Rusiya və Ukrayna vətəndaşlarının sayı artıb.
Eləcə də bax: Türkiyədə Rusiya sərmayəli şirkətlərin sayı 4 dəfədən çox - ARTIB
FED.az xəbər verir ki, ötən ilin müvafiq dövründə hər iki ölkə vətəndaşları ümumilikdə 3 905 mənzil almışdısa, cari ildə bu rəqəm 11 086-ya yüksəlib.
Bundan başqa, Türkiyədə daşınmaz əmlak sahibi olan xarici ölkə vətəndaşları arasında rus və ukraynalıların payı 10% idisə, bu rəqəm 22% olub.
Təkcə Rusiya vətəndaşlarının qardaş ölkədə aldığı mənzil sayı ötən illə müqayidəsə 200% artıb. İllik artım faizinə görə isə Rusiya vətəndaşları ilk, Ukrayna vətəndaşları isə ikinci pillədədirlər. (Apa)