Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakların statistikası açıqlanıb.
Dövlət əmlakının icarəsindən büdcəyə 19.3 milyon manat - VƏSAİT ÖDƏNİLİB
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən FED.az-a bildirilib ki, bu ilin yanvar-avqust ayları ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 35 min 111-i fərdi yaşayış və bağ evi, 63 min 705-i mənzil, 231 min 406-sı torpaq sahəsi, 2106-sı qeyri-yaşayış binası, 4910-u qeyri-yaşayış sahəsi, 477-si əmlak kompleksi, 72-si isə çoxmərtəbəli yaşayış binasıdır.
Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 66 min 775-i Bakının, qalanı isə bölgələrin payına düşür.