İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 15-də keçirilən növbəti hərracda özəlləşdirilən əmlakların sırasında Oğuzda yerləşən “Şahdağ” yeməkxanası və Şəkidə yerləşən yeraltı dayanacaq da var.
Dövlət Xidməti sentyabr ayına özəlləşdirmə hərraclarını - ELAN EDİB
Dövlət Xidmətindən FED.az-a bildirilib ki, nəqliyyat vasitələri üzrə sifarişlərin çoxluğu hərracı rəqabətli edib. Belə ki, hərracda 1700 manat start qiyməti ilə təklif edilən “Hyundai Getz” markalı avtomobil 8 min manata satılıb. İlkin qiyməti 4 min manata olan “VAZ 21723” markalı avtomobil isə 7900 manata özəlləşdirilib.
Avqustun 15-də keçirilən hərracda satılan əmlaklar üzrə dövlət büdcəsinə 259 min 370 manat vəsaitin ödənilməsi nəzərdə tutulur. Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/33ihWp linki vasitəsilə tanış olmaq mümkündür. Cari ay üzrə növbəti hərrac 22 və 29 avqust tarixlərində keçiriləcək
15 avqust 2023-cü il tarixində Respublikanın digər şəhər və rayonları üzrə keçirilmiş hərracda satılan kiçik dövlət müəssisə və obyektləri haqqında məlumat
№ |
Obyektin adı |
Ünvanı |
Tabe olduğu təşkilatın adı |
Ümumi sahəsi (kv.m) |
Özəlləşdirilən torpaq sahəsi (kv.m) |
Hərraca çıxarılan ilkin satış qiyməti (manat) |
Hərracda satılan yekun satış qiyməti (manat) |
Sərəncamın №-si və tarixi |
1 |
"Şahdağ" yeməkxanası |
Oğuz şəhərinin şimal hissəsi |
AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs |
113,2 |
X |
28300 |
28300 |
№ 33 14.02.2023 |
2 |
Qeyri-yaşayış sahəsi (Yeraltı dayanacaq) |
Şəki şəhəri, Heydər Əliyev prospekti, 61A |
"Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti |
1142,9 |
X |
80000 |
80000 |
№ 98 27.05.2022 |