2026-cı ilin yanvar-avqust aylarında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 224 milyon 195,4 min manat vəsait geri qaytarılıb.
FED.az xəbər verir ki, geri qaytarılan vəsaitlərə fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə obyektlərindən aldığı mallara, mədəniyyət və tibbi xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilərdə mehmanxana xidmətlərinə görə ödənilmiş ƏDV-nin bir hissəsi daxildir.
Həmçinin əcnəbilərin Azərbaycanda istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına görə ödədiyi ƏDV üzrə vəsaitlər geri qaytarılıb.
Bundan başqa, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-nin bir hissəsi, eləcə də artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları üzrə vəsaitlər geri qaytarılıb.












