İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2024-cü ildə ən çox vergi ödəyən 100 şirkətin adını açıqlayıb.
Azərbaycanda ən çox vergi ödəyən - ŞİRKƏTLƏR MƏLUM OLDU - TAM SİYAHI - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkədəki hesabında deyib.
O bildirib ki, məlumatın açıqlanması könüllülük prinsipinə əsaslansa da belə siyahının elan edilməsi şəffaflığın artırılması baxımdan təqdirəlayiqdir və müsbət haldır. Qeyd edək ki, oxşar praktika əksər dövlətlərdə tətbiq olunur. Bir sıra ölkələrdə bu imperativ xarakter daşıyır.
Belə siyahının açıqlanması eyni zamanda hansı şirkətlərin daha şəffaf olması və eləcə də onların ölkə iqtisadiyyatına töhvələrini müəyyənləşdirmək baxımdan vacib idi. Əksər inkişaf etmiş ölkələrdə bu həmçinin istehlakçıların davranışına da təsir göstərir: istehlakçılar daha şəffaf şirkətə üstünlük verir.
Dövlət Vergi Xidməti tərəfindən növbəti siyahı açıqlanan zaman ümumi yüzlük deyil, siyahıların "qeyri-neft" və "qeyri-dövlət"rə qruplaşdırılması məqsədəuyğun olardı. Vergi güzəştlərində bu anlayışlardan istifadə olunduğu üçün siyahı hazırlanan zaman həmin meyarların nəzərə alınmasına ehtiyac var.
Digər tərəfdən, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) və Dövlət Gömrük Komitəsi (DGK) vasitəsi ilə vergi ödəyicilər üçün də uyğun siyahıların hazırlanması məqsədəuyğun olardı. DSMF-ə ödənişlər üzrə ilk yüzlüyün açıqlanması hansı şirkətlərin sosial təminata daha çox töhvə verdiyini göstərə bilər. DGK vasitəsi ilə ödənişlərdə ilk yüzlüyün elan edilməsi isə o sahədə şəffaflığın gücləndirilməsi baxımdan vacibdir. Belə siyahıların elan edilməsi vergi ödəyicilərini də daha şəffaf işləməyə stimullaşdırar və vergidən yayınma hallarını azaltmış olar.