Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında layihə müzakirəyə çıxarılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, təklifə əsasən, İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsinin əlavə dəyər vergisindən (ƏDV) azad edilmə müddəti artırılır. Qeyd edək ki, müddətin 2023-cü ilin yanvarın 1-dək artırılması təklif edilir.
Dəyişiklik layihəsi bir oxunuşda səsə qoyularaq qəbul edilib.