İctimai iaşə fəaliyyəti ilə məşğul olan şirkətin 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ varmı?
Eləcə də bax: İşəgötürənin sığortaçı şirkətə ödədiyi vəsaitə görə işçi gəlir vergisi - ÖDƏMƏLİDİRMİ?
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi qanunvericiliyinə əsasən, ictimai iaşə fəaliyyəti – fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış qida məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir. Məcəlləyə görə, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər.
Bunlara əsasən, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən vergiödəyicilərinə xidmətlərin göstərilməsi ictimai iaşə fəaliyyəti göstərən müəssisənin 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin tətbiqi hüququnu məhdudlaşdırmır.