Azərbaycanda şirkət yaratmadan, yəni fiziki şəxs olaraq tibb xidmətlər göstərən şəxslər üçün vergi ilə bağlı yenilik edilib.
Həkimlərin fəaliyyəti monitorinq olunacaq, uğur qazanmayanların - ƏLAVƏLƏRİ DAYANDIRILACAQ
FED.az xəbər verir ki, prezident İlham Əliyev «Özəl tibb fəaliyyəti haqqında» qanuna dəyişiklikləri təsdiqləyib.
Yeniliyə əsasən tibbi xidmət göstərən fiziki şəxslər 500 manatdan artıq ödənişi yalnız nağdsız qaydada, ya kartla, ya da bank köçürməsi ilə qəbul etməlidirlər.
Bu sözügedən qanunun 13-cü maddəsinə («Tibbi yardıma görə ödəniş») edilən dəyişiklikdə nəzərdə tutulub.
Qeyd edək ki, bu qayda özəl tibb müəssisələri üçün ötənildən tətbiq edilib, onlar 500 manatdan artıq ödənişləri yalnız nağdsız qaydada qəbul edə bilərlər. İndi isə bu qayda fiziki şəxs həkimlərə də tətbiq edilib.