İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi Xidmətinin yeni portalını test rejimində işə salıb.
FED.az xəbər verir ki, DVX-nin bu test rejimi new.e-taxes.gov.az domeni üzərində həyata keçirləcək.
İnternet Vergi İdarəsinin yeni portalında aşağıdakı xidmətlərdən istifadə əlçatandır:
- Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması
- Rezidentlik sertifikatı barədə məlumat (DTA1)
- Büdcə rekvizitləri barədə məlumatın verilməsi
- Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi
- Borc barədə məlumatın verilməsi
- Hazır sənəd barədə məlumatın verilməsi
- Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi
- Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi
- ƏDV ödəyiciləri barədə məlumatların verilməsi
- Sertifikatın tipinin müəyyən edilməsi