“Güllü 80” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Eləcə də bax: “Bakı Metropoliteni”nin dövlətə vergi borcu - 12 Milyon Manatı Keçdi
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasındakı rəqəmlər deyir.
Məlumata əsasən, “Güllü 80” MMC-nin vergi borcu 3 344 364 manatdır. Bu vergi borcu 11.07.2021 tarixinə olan məlumatdır.
Qeyd edək ki, bu şirkət 2017-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Gülnarə Abdullayevadır.
Bildirək ki, “Güllü 80” MMC-nin möhürü itdiyi üçün etibarsız sayılır.